Azərbaycan 2016-cı ilin yanvar-oktyabr aylarında 29 mln. 680,5 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 0,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“Hesabat dövrü ərzində Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $8 mlrd. 495 mln. 619,3 min (azalma 21,5%) təşkil edib.
2016-cı ilin yanvar-oktyabr aylarında ixrac edilmiş $5 mlrd. 149 mln. 437,9 min məbləğində neftin bəyan edilmiş həcmi 17 mln. 24,7 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub.