“Əmir Kəbir” neft platformasından xəstə gətirən helikopter dənizə düşdü.
Xəzər dənizində İrana məxsus vertolyotun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
Bu barədə noyabrın 27-də İranın IRINN dövlət televiziyası Behşehr valisi Seyid Xalid Səccadiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, İran Milli Neft Şirkətinə (NİCO) məxsus “təcili tibbi yardım” helikopteri “Əmir Kəbir” neft platformasından xəstə gətirərkən dənizə düşüb. Vertolyotda olan 5 nəfərin hamısı həyatını itirib. Hazırda qəzanın səbəbləri araşdırılır.
Report