Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Sumqayıt Karbamid Zavoduna Avropa bankları 249 mln. avro kredit ayıracaq

06/11/2016
1
BAXIŞ
Share on FacebookShare on Twitter

bnpzAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sumqayıtdakı Karbamid Zavodunun tikintisi layihəsinin maliyyələşdirilməsinə dövlət zəmanətli, uzunmüddətli kreditin cəlb edilməsi üçün Cənubi Koreyanın “Eximbank”ı (KEXİM) və Avropanın 3 nüfuzlu bankı ilə danışıqların ilin sonuna kimi yekunlaşması gözlənilir. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, bunlar “Deutsche Bank”(Almaniya), “Societe Generale” (Fransa) və “UniCredit” (İtaliya-Almaniya) banklarıdır: “Layihə ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Bu məqsədlə büdcədən 205 mln. manat vəsait alınıb. 2015-ci ildə isə beynəlxalq kreditlərin cəlb olunmasına dair qərar qəbul olunub”.

X.Cəfərov qeyd edib ki, indiyə qədər xarici banklardan 201 mln. avro kredit cəlb edilib: “Daha 300 mln. avro cəlb olunması üçün danışıqlar aparılır. Yəni, cəlb edilən vəsaitlə birgə ümumilikdə 500 mln. avro kredit nəzərdə tutulub. Ümumi kredit vəsaitinin 51%-i (251 mln. avro) KEXİM-dən, qalan 249 mln. avro isə Avropa banklarından cəlb ediləcək. Bu banklar KEXİM-in zəmanəti ilə kredit ayıracaq”.

Karbamid Zavodunun inşası layihəsi 700-750 mln.avro məbləğində qiymətləndirilir. Bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” (2008-2015-ci illər) və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair  Dövlət Proqramı” (2015-2020-ci illər) çərçivəsində tikilir.  2011-ci il dekabrın 19-da dövlət başçısının iştirakı ilə zavodun təməlqoyma mərasimi keçirilib.

2013-cü il martın 13-də SOCAR və “Samsung Engineering Co. Ltd.” (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində “Samsung Engineering” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Koreya şirkəti zavodun tikinti-quraşdırma işlərini aparacaq, müvafiq sınaqlar həyata keçirəcək və müəssisənin istismarı zamanı yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə işçilərə xüsusi treninqlər təşkil edəcək.

Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq “Haldor Topsoe” (Danimarka) və “Stamicarbon B.V” (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın “Neste Jacobs Oy” şirkəti tərəfindən yerinə yetirilir.

Tikintisinə 2014-cü ildə başlanılmış zavodun inşasının 2017-ci ilin sonunda yekunlaşması və 2018-ci ilin əvvəlində zavodun istismara verilməsi planlaşdırılır.Zavodun ümumi ərazisi 39.27 ha təşkil edir.

Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq, gündə 2 min ton karbamid və 1200 ammonyak istehsal edəcək.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.