“SOCAR Trading” (ARDNŞ-nin ticarət törəməsi) Burkina Fasoya neft məhsulları tədarük etməyi planlaşdırır. Bu barədə SOCAR-dan məlumat verilib.
“Cari həftə energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Burkina Fasoya səfəri çərçivəsində “SOCAR Trading” və SONABHY arasında bu ölkəyə neft məhsullarının təchizatı ilə bağlı müəyyən kommersiya razılaşmaları əldə olunub”, – deyə məlumatda deyilir.
Azərbaycan nümayəndə heyətiBurkina Faso və Benin Respublikasına səfərin yekunları üzrə həmin dövlətlərin başçılarına enerji layihələri təqdim edib.
“Səfərin yekunları ilə bağlı keçirilən mətbuat konfransında N.Əliyev vurğulayıb ki, bu layihələr hər iki Qərbi Afrika ölkəsinin əlavə enerji resursları, xüsusilə neft və neft məhsulları ilə təchizatı üçün yeni imkanlar açacaq”, – deyə məlumatda deyilir.
Interfax