Oktyabrda SOCAR üzrə xam neft hasilatı 641,3 min ton olub. Keçən ay ümumilikdə Azərbaycanda isə 3 milyon 416,6 min ton neft hasil edilib.
Bu barədə AZƏRTAC–a SOCAR-dan məlumat verilib.
Cari ilin yanvar-oktyabr aylarında SOCAR üzrə neft hasilatı 6 milyon 317,2 min ton, Azərbaycanda isə ümumilikdə 36 milyon 741 min ton təşkil edib.