Vladimir Putin Rusiyanın neft hasilatını dondurmağa dair mövqeyini təsdiqləyib.
Bu barədə Trend İnterfaks-a istinadən məlumat verir.
Rusiya Prezidenti Perunun paytaxtı Limada keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən qeyd edib:
“Qarşıdakı OPEK görüşünə və mövqeyimizə gəlincə, o, dəyişməz qalır və biz dəfələrlə bunu demişik: indiki səviyyədə neft hasilatını dondurmağa hazırıq”.