Bu ilin yanvar-sentyabr aylarında “BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları” vasitəsilə gündəlik orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1,97 milyard kubmetr səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
Bu barədə AZƏRTAC–a “BP-Azerbaijan”dan məlumat verilib.