“Azərenerji” ASC (Azərbaycanda elektrik enerjisi istehsalı üzrə dövlət inhisarçısı) 2016-cı ilin yanvar-oktyabr aylarında 18,4 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-nin mətbuat xidmətindən məlumat verilib.
2015-ci ilin yanvar-oktyabr aylarında “Azərenerji”nin elektrik stansiyalarında 18,6 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. Beləliklə, 2016-cı ilin yanvar-oktyabr aylarında hasilatda azalma 1,1% təşkil edib.
Oktyabr ayında “Azərenerji” ASC 1,9 mlrd. kVt/saat elektrik enerjisi istehsal edib.
2015-ci ildə “Azərenerji”nin elektrik stansiyalarında 22,5 mlrd. kVt/saat elektrik enerjisi istehsal edilib.