Azərbaycan və Pakistan arasında neft və neft məhsullarının treydinqi qurula bilər. Bu barədə SOCAR-dan məlumat verilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Pakistanın neft və təbii ehtiyatlar naziri Şahid Xaqan Abbasi ilə iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Görüşdə SOCAR-la Pakistan şirkətləri arasında əməkdaşlıq perspektivlərihaqqında fikir mübadiləsi aparılıb. Tərəflər neft və qaz sənayesinin müxtəlif sahələri, o cümlədən neft və neft məhsullarının treydinqi üzrə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu qeyd etmiş, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar”, – deyə məlumatda deyilir.
Şahid Xaqan Abbasi Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.