İlin sonuna qədər Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası “Cənub qaz dəhlizi” layihəsinə kredit ayrılması məsələsini müzkirə edəcək.
Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən brifinqdə bankın əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janq deyib.
Onun sözlərinə görə, maliyyələşmənin ümumi məbləği 1 milyard dollar təşkil edəcək.
AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var.
Trend