SOCAR “Günəşli” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
318 nömrəli quyu “Günəşli” yatağındakı 7 nömrəli dərin dəniz özülündən qazılıb.
Quyunun sutkalıq debiti 63 ton neft və 9000 kubmetr qaz təşkil edir.
Quyu “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.
Interfax