“Səngəçal” istilik elektrik stansiyası (İES) 2016-cı ilin yanvar-sentyabr aylarında 835 mln. kVt/saat elektrik enerjisi hasil edib, bu da ötən ilin analoji göstəricisindən 0,3% azdır. Bu barədə “Azərenerji” SC-nin məlumatında bildirilir.
Sentyabr ayında “Səngəçal” İES 90,4 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edib.
2015-ci ildə “Səngəçal” İES 1 mlrd. 206,3 mln. kVt/saata yaxın elektrik enerjisi istehsal edib.
“Səngəçal” elektrik stansiyası 2008-ci ilin dekabr ayında istismara verilib və hər birinin gücü 16,7 meqavatt olan 18 aqreqatdan ibarətdir. Stansiyada yanacaq kimi təbii qaz və mazutdan istifadə olunur.
Interfax