Qazaxıstan Prezidenti Nursultan Nazarbayev özünü kifayət qədər yaxşı hiss edir.
“Report” “Tengrinews.kz” portalına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında senator, respublikanın liderinin qızı Dariqa Nazarbayeva məlumat verib.
Qeyd edək ki, daha əvvəl prezidentin mətbuat xidməti Nursultan Nazarbayevin müalicə aldığını bildirmişdi. “O, soyuqdəymə ilə əlaqədar planlı müalicə kursu keçir. Ümumi vəziyyəti heç bir narahatlığa əsas vermir”, – deyə Qazaxıstan prezidenti mətbuat katibi Aydos Ukibay söyləmişdi.
Xatırladaq ki, xəstəliklə əlaqədar Nursultan Nazarbayev Azərbaycana və oktyabrın 14-də Yerevanda keçiriləcək KTMT sammiti üçün Ermənistana səfərlərini ləğv edib.