Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “Lənkəran Balıq Konserv” ASC-nin (zavod) səhmlərinin alqı-satqısı üzrə əqd bağlanılıb. Bu barədə “Report” BFB-yə istinadən xəbər verir.
Məlumata görə, əqd müəssisənin 3 652 səhminin realizə edilməsini nəzərdə tutur. Səhmlərin nominal dəyəri 0,25 manat olsa da, onlar 0,5 manata alınıb-satılıb. Başqa sözlə, sövdələşmənin dəyəri 1 826 manat olub.
Xatırladaq ki, “Lənkəran Balıq Konserv” 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 127 380 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,25 manat olan 509 520 səhm əsasında formalaşıb.