Cümə, Dekabr 12, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Büdcədə neftin qəlizliyi – məsələ təkcə qiymətdə deyil

02/10/2016
0
BAXIŞ
Share on FacebookShare on Twitter
Gələn il “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından nə qədər neft hasil edilməsi indiyə qədər dəqiqləşdirilməyib.
Central Baku seen in the background, as an oil pump works a nearby hill in Baku, Azerbaijan, Friday, June 19, 2015. The 2015 European Games are held in Baku till June 28. (AP Photo/Dmitry Lovetsky)
AP Photo/Dmitry Lovetsky

Caspian Barrel-in hökumətdəki qaynaqlardan əldə etdiyi məlumata görə,  bu məsələdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə layihənin operatoru arasında hələki yazılı bir öhdəlik yoxdur.

Bu məsələ AÇG layihəsinin 2017-ci il üzrə büdcəsi səhmdarlar tərəfindən təsdiq edilərkən məlum olmalıdır. Həmin məsələ isə çox güman ki, cari ilin dekabrın ortasında reallaşacaq.
 Çünki hasilatın hansı səviyyədə olması qazalan quyuların sayından birbaşa asılıdır. Quyuların qazılması isə investisiya xərclərinə bağlıdır. Bu xərclər isə bazarda neftin qiyməti ilə uzlaşır. Yəni dünya bazarında neftin qiyməti aşağı həddə olduğu zaman neft şirkətləri mümükün qədər investisiya xərclərini minimuma endirməyə çalışırlar ki, hasilatın rentabelliyini qoruya bilsinlər.
Ona görə də AÇG-nin büdcəsinin təsdiqi müəyyən qədər uzana da bilər. Çünki bu il noyabrın 30-da Vyanada OPEC ölkələrinin növbəti konfransı keçirilməlidir. Bu toplantıda gündəlik hasilatın 740 min barel azaldılması məsələsi təsdiq edilməli və buna uyğun olaraq hər bir üzv ölkənin yeni hasilat kvotası müəyyən edilməlidir. Məhz bu toplantıdan sonra bazar iştirakçıları neft qiymətlərinin artımı və onun stabil bir mərhələyə keçidini gözləyirlər.
                         2015-ci ildə AÇG çərçivəsində 31,3 mln ton neft hasil edilmişdi. 2014-cü ildə hasilat
                        31,5 mln ton olmuşdu. Cari    ilin I yarısında AÇG-dən 16 mln ton neft hasil edilmişdi.
Bu baxımdan hazırda Azərbaycanın 2017-ci il dövlət büdcəsinin layihəsində götürülmüş göstəricilər əslində bir tərəfdən neftin orta ixrac qiymətini 40 dollardan göstərirsə, digər tərəfdən həcmləri də təqribi nəzərə alır. Bir sözlə gələn il neftdən gələn gəlirlər, neft sektorunun büdcəyə ödəmələri xeyli fərqli mənzərəni yaratmalıdır.

budce
Hökumətin proqnozlarına əsasən, 2017-ci ildə SOCAR-ın dövlət büdcəsinə ödəmələri neftin orta ixrac qiyməti $40 olduğu təqdirdə 1,28 mlrd manat olmalıdır ki, bu da 2016-cı ilin proqnoz göstəricilərindən 40 mln manat çoxdur.
Xatırladaq ki, 2015-ci ildə SOCAR dövlət büdcəsinə 1,48 mlrd manat, 2014-də isə 1,825 mlrd manat vəsait ödəmişdi.
2017-ci ildə Hökuməthesab edir ki, Hasilatın Pay Bölgüsü (PSA) sazişləri çərçivəsində dövlət büdcəsinə xarici neft şirkətlərinin ödədikləri vergilər 475 mln manat təşkil etməlidir ki, bu da 2016-cı ilin proqnoz göstəricilərindən 105 mln manat çox olacaq.  2015-ci ildə bu göstərici 680,4 mln manat, 2014-cü ildə isə 1,09 mlrd manat olmuşdu.
Gələn il Hökumət Neft Fondundan büdcəyə ediləcək transferlərin həcmini 6,1 mlrd manat dəyərində müəyyənləşdirib.
Cari ilin proqnoz göstəricilərində bu məbləğ 7,615 mlrd manatdır. 2015-ci ildə bu göstərici 8,13 mlrd, 2014-cü ildə isə 9,337 mlrd manat olmuşdu.

Eyni kateqoriyadan Digər materiallar

США призвал Туркмению  выходить на газовый рынок ЕС
Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“Fitch” SGC-nin 2029-cu ilədək qaz nəqlindən gözləndiyi gəlirləri açıqlayıb

08/12/2025
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.