Azərbaycan yanvar-avqust aylarında neft ixracını 2,5% artırıb
Azərbaycan 2016-cı ilin yanvar-avqust aylarında 24 mln. 94 min ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac olunan neftin ümumi dəyəri $6 mırd. 648 mln. 453,1 min (azalma 25,2%) təşkil edib.
2016-cı ilin yanvar-avqust aylarında ixrac edilmiş $4 mlrd. 165 mln. 218,5 min məbləğində neftin bəyan edilmiş həcmi 14 mln. 180 min ton təşkil edib.
Xəbər verildiyi kimi, 2015-ci ildə Azərbaycandan 32 mln. 520 min 401,97 ton neft ixrac olunub.
Interfax