Energetika naziri Natiq Əliyev ölkənin neft və qaz ixracından gələn gəlirlərdən asılı olduğunu qeyd edir və neftin qiymətinin 1 barel üçün təxminən $60 səviyyəsində artımını məqbul hesab edir.
“OPEK-ə daxil olan və olmayan ölkələr eyni problemlərlə üzləşirlər və ümumi həll yolu axtarmalıdırlar. Azərbaycan maliyyə baxımından neft və qaz sənayesindən asılıdır”, – deyə nazir ”World Energy News” nəşrinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan OPEK-lə daha sıx əməkdaşlıqda maraqlıdır. “Azərbaycan OPEK-in neft bazarında vəziyyətin sabitləşməsi üzrə təcrübəsini öyrənməkdə və bu məsələdə kartelə daxil olmayan ölkələrin, o cümlədən Azərbaycanın hansı rol oynaya biləcəyini aydınlaşdırmaqda maraqlıdır”, – deyə N.Əliyev OPEK-in baş katibi Məhəmməd Barkindo ilə görüşdə deyib.
O əlavə edib ki, neftin qiymətinin bir barel üçün təxminən $60 olması Azərbaycan üçün məqbuldur.
Interfax