SOCAR ölkənin qazlaşdırılması üçün Azərbaycan Beynəlxalq Bankından (ABB) 100 milyon manat cəlb edib.
Bu haqda jurnalistlərə açıqlamasında bu gün SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov deyib.
Onun sözlərinə görə, ilkin olaraq bu məqsədlər üçün 198 milyon manatın cəlb edilməsi planlaşdırılırdı.
S.Qasımov qalan məbləğin 2017-ci ildə cəlb edilməsi imkanını istisna etməyib.