Dövlət Neft Şirkəti bəyan edir ki, bü gün dənizdəki qaz quyusunda baş vermiş fövqəladə hadisə zamanı yangın baş verməyib. Belə bir aşıqlama ilə SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov FB vasitəsilə hadisə ilə son duruma münasibət bildirərkən çıxış edib.
Onun spzlərinə görə, “Azneft” İistehsalat Birliyinin “28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündə 71 saylı quyuda əsaslı təmir zamanı qaz təzahürü baş vermiş və açıq fontana çevrilmişdir. Dərhal DDÖ-nün yanğın söndürmə sistemi işə salınmışdır.
Özüldə istismarda olan digər quyular bağlanılmış, özülün kommunikasiya sistemi tam təcrid edilmiş, işçi heyyətinin vacib olan mütəxəssisləri saxlanılmaqla digərləri gəmi (“Nefteqaz” – 64) vasitəsilə təxliyə olunmuşdur. Eyni zanmanda qəza baş vermiş özülə kömək üçün ixtisaslaşdırılmış (VİXR tipli 2 ədəd və Nefteqaz tipli və Şirvan tipli kran) gəmiləri cəlb edilmişdir.
“Azneft” İB-nin baş mütəxəssisləri və Fotana Qarşı Dağ Mədən Xilasetmə Hərbiləşdirilmiş Hissəsinin briqadası helikopterlə hadisə yerindədirlər.Vəziyyət nəzarətə götürülmüşdür. Hazırda fontanın qarşısı alınması və söndürülməsi üçün tədbirlər görülür”, deyə SOCAR vitse-prezidenti bildirib.