Azərbaycan idmançıları üçün uğurla başa çatan RİO-2016 Olimpiya Oyunlarında (ümumilikdə 18 medal) neft şirkətlərinin də əməyi var.
“BP Azərbaycan” şirkəti Rio 2016 Oyunlarında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) və Milli Paralimpiya Komitəsinin (MPK) rəsmi tərəfdaşı kimi çıxış edib.
BP-nin olimpiya və paralimpiya idman növləri ilə əlaqəsi onun London 2012 Oyunlarının tərəfdaşına çevrilməsindən sonra başlayıb. BP hazırda Beynəlxalq Paralimpiya Komitəsinin iki qlobal tərəfdaşından biri, habelə on Milli Paralimpiya Komitəsinin tərəfdaşı və 26 paralimpiyaçının sponsorudur.
BP, ümumilikdə, Rio 2016 Oyunlarına vəsiqə qazanmış beş Azərbaycan idmançısına dəstək verib və onlar oyunlar üçün BP-nin idman elçiləri seçilib. Onlardan ikisi artıq Rio-da iştirak edərək avqustun 23-də vətənə qayıdırlar: Fəridə Əzizova (olimpiyaçı taekvondoçu) və Hacı Əliyev (olimpiyaçı güləşçi). Üç nəfər paralimpiyaçı isə RİO-2016 yarışlarına sentryabrın 7-də qatılacaqlar: İlham Zəkiyev (paralimpiyaçı cüdoçu – Azərbaycan bayrağını daşıyacaq idmançı), Oleq Panyutin (paralimpiyaçı atlet) və Uluxan Musayev (paralimpiyaçı atlet).