
Türkiyədə hərbi çevrilişə cəhd zamanı 194 nəfər öldürülüb
Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı 41 polis, 2 hərbçi və 47 mülki şəxs həlak olub.
Türkiyə mediası xəbər verir ki, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi əvəzi, 1-ci ordunun komandanı, ordu generalı Ümit Dündar deyib.
Ü.Dündar 104 qiyamçı hərbçinin öldürüldüyünü, 1563 nəfərin həbs olunduğunu bildirib. O, çevriliş cəhdinin qarşısının alındığını bəyan edib.