Bazar, İyul 20, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Petronas” Natiq Əliyevlə Türkmənistan qazının Qərb bazarlarına çıxarılması məsələlərini müzakirə edib

27/07/2016
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyində Malayziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dato Roslan Tan Sri Abdul Rahmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

petronas-azNazirliyin mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, Malayziyanın “Petronas” milli neft şirkətinin Azərbaycan üzrə yeni təyin olunmuş rəhbəri Hanafi Talibin təqdim edildiyi görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edilib.

“Petronas“ şirkətinin mühüm layihələrdə fəal iştirakını yüksək qiymətləndirən energetika naziri Natiq Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə “Petronas” arasında sıx əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinin hər iki ölkə üçün əhəmiyyətini qeyd edib. Natiq Əliyev dünya bazarında neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq, ölkədə neft-qaz layihələrinin uğurla icra edildiyini, bütün beynəlxalq öhdəliklərin yetinə yetirildiyini və əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb. “Petronas” şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan energetika naziri əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu deyib. O, Malayziyanı uğurlu tərəfdaşlıq əlaqələrinə görə Azərbaycanın ən yaxşı dostlarından biri kimi səciyyələndirərək, “Petronas”ın yeni rəhbərinə gələcək fəaliyyətində lazımi köməyin göstəriləcəyini bildirib.

Malayziyanın ölkəmizdəki səfiri Dato Roslan Tan Sri Abdul Rahman isə SOCAR və “Petronas” şirkətləri arasında imzalanmış Anlaşma Memorandumunun enerji əməkdaşlığında yeni səhifə açdığını xatırladaraq, “Şahdəniz-2” layihəsində birgə fəaliyyəti uğurlu işbirliyi kimi qiymətləndirib. Səfir regionda Azərbaycanın iştirakı ilə enerji əməkdaşlığı formatının genişləndiyini əsas gətirərək, “Petronas”ın cəlb edilə biləcəyi istiqamətlərlə də maraqlanıb.

Görüşdə həmçinin Türkmənistan qazının Avropa bazarlarına çıxarılması və Transxəzər kəmərinin reallaşması imkanları da müzakirə edilib. Tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.