Heç nədən dövlət şirkətinin üçrəqəmli əlavə qazanca sahib çıxmaq imkanı
“Azərişıq” ASC elektrik enerjisinin qiymətlərinin artırılması ilə bağlı Tarif (qiymət) Şurasına müraciət edibmiş və bu müraciətə baxılaraq 2016-cı il iyulun 15-dən elektrik enerjisinin 1 kVt\saatının pərakənda satış qiyməti 7 qəpik müəyyən edilib.
Düzdür, Tarif Şurası ictimaiyyət üçün açıqlamasında bildirmir ki, “Azərişıq” ASC elektrik enerjisinin qiymətlərinin artırılması ilə bağlı hansı təkliflə müraciət etmişdi. Çünki inanılası deyil ki, elektrikin paylanması üzrə monopolist olan bu dövlət qurumu cəmi 1 qəpik artıma görə Tarif Şurası qarşısında məsələ qaldıraydı.
Ancaq Caspian Barrel-i maraqlandıran bu deyil, təsdiqlənmiş 1 qəpik artımına görə “Azərişıq” nə qədər əlavə qazanc əldə etmək imkanlarını araşdırmaqdır.
Statistikaya görə, ölkədə il ərzində istehlakçılar tərəfindən təqribən 18,5 mlrd kVt\saat elektrik enerjisi istifadə edilir. 1 qəpik artıma görə “Azərişığın” qazancı ildə 148 milyon manat ola bilər – əgər istehlakçılara verilən işığın pulunu tam şəkildə yığa bilərsə. Bu hesabatı apararkən 0,2 qəpik də “Azərişığın” topdansatış qiymətlərinin artımına görə “Azərenerji”yə ödəməsinin (37 milyon manat) nəzərə alınmasıdır.