Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən 2016-cı ilin yanvar-may aylarında büdcəyə 562 milyon 781 min manat vəsait ödənilib. Bu haqda Caspian Barrel SOCAR-a istinadən xəbər verir.
2015-ci ilin ilk beş ayı ərzində Neft şirkətinin dövlət büdcəsinə ödəmələrinin həcmi 605 milyon 42 min manat olmuşdu. Yəni cari ilin yanvar-may aylarında SOCAR-ın dövlət büdcəsinə ödənişləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 7% azalıb.
2016-cı ilin may ayında dövlət büdcəsinə 117 milyon 806 min manat vəsait ödənilib. Bu göstərici 2015-ci ilin mayında 132 milyon 96 min manat təşkil etmişdi (azalma 10,8%).
Bundan əlavə, bu ilin may ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 251 min manat vəsait köçürüb. Ötən ilin matında SOCAR-ın bu sahə üzrə ödənişləri 11 milyon 248 min manat təşkil etmişdi. Qeyd edək ki, bu göstərici ötən ilin may ayı ilə müqayisədə 1 milyon 3 min manat və ya 8,9% çox olmuşdur. Ümumiyyətlə, 2016-cı ilin yanvar-may aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 57 milyon 359 min manat təşkil etmişdir (57 milyon 842 min manat).