Qazaxıstanın neft emalı cari ildə 14.15 milyon tona çata bilər. Bunu Kapital.kz portalının məlumatına görə, Nazirlər Kabinetinin iclasında ölkənin enerji naziri Kanat Bozumbayev söyləyib.
“Pavlodar neft emalı zavodunda təmir işləri 5 gün, yəni 35 gündən 30 günədək azaldılacaq. Şimkənd NEZ-də isə 18 gün, yəni 51 gündən 33 günədək azaldılacaq. Cari planlaşdırılmış göstəricidə 200 min ton geriləməyə görə, əlavə 150 min ton həcmində neft, 41 min ton dizel və 22.5 min ton benzin istehsal ediləcək”, – deyə Kanat Bozumbayev məlumat verib.
O, həmçinin “Kaşağan” yatağında təmir işlərinin 87%-inin görüldüyünü bildirib.
“Ekoloji cərimələr ilə bağlı problem var idi. Tərəfinizdən qəbul edilən qərara əsasən, məsələ bu gün həll edilmişdir. “Kaşağan”ın qəbul etmə gücünü nəzərə alaraq, əgər biz onu erkən istifadəyə versək, oktyabr ayında ölkədə gözlənilən neft istehsalının həcmi 70.5 milyon tonadək artacaq”,- deyə Qazaxıstanın Baş Naziri Kərim Məssimov bildirmişdir.
Qeyd edək ki, iyunun əvvəllərində Bozumbayev jurnalistlərə bildirmişdi ki, “Kaşağan” yatağında neft hasilatı oktyabrda bərpa edilsə ilin sonunadək 35 min ton neft hasil edilməsi proqnozlaşdırılır.