Rusiyanın əsas ixrac məhsulu olan “Urals” markalı neftin orta qiyməti 2016-cı ilin yanvar-aprelində keçən ilin analoji dövrü ilə müqayisədə 37.5% azalaraq 33.93 dollar olub. Bu barədə Rusiya maliyyə nazirliyinin məlumatında deyilir.
2016-cı ilin aprelində Urals markalı neftin orta qiyməti 39.63 dollar təşkil edib ki,bu da 2015-ci illlə müqayisədə 1.49 dəfə azdır.
2015-ci ilin nəticələrinə görə,Urals markalı neftin orta illik qiyməti əvvəlki ilin göstəricisi ilə müqayisədə iki dəfə azalaraq 51.23 dollar təşkil edib.