Cümə, İyul 18, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Şahdəniz-2” layihəsi çərçivəsində dəyəri $1,5 mlrd olan yeni müqavilə imzalanıb

03/05/2016
1
BAXIŞ
Share on FacebookShare on Twitter

shah-2“Şahdəniz” konsorsiumu bu gün “Mərhələ -2” layihəsi çərçivəsində dərin sularda sualtı hasilat sistemlərinin daşınması və quraşdırılması  üçün dəyəri $1,5 mlrd olan yeni müqavilə imzalayıb.

“BP-Azerbaijan” şirkətinin (“Şahdəniz” layihəsinin operatorudur) yaydığı məlumatda bildirilir ki, bu müqavilənin icrası BOS Şelf LLC, Saipem Contracting Netherlands B.V. və Star Gulf FZCO şirkətlərindən ibarət konsorsiumua həvalə edilib.

Müqavilə çərçivəsində görüləcək işlərə dərin sularda layihənin beş cinahının hamısında sualtı hasilat sistemlərinin və sualtı qurğuların  daşınması və quraşdırılması  məqsədilə “Xankəndi” adlı yeni sualtı tikinti gəmisinin idarə edilməsi və istismarı daxildir.

BP-nin Şahdəniz Mərhələ 2 layihəsinin dəniz və sualtı işlər proqramı üzrə vitse-prezidenti Frənk Uilson demişdir: “Bu əməkdaşlıqda biz nəhəng Şahdəniz Mərhələ 2 layihəsinin tikinti işlərini birlikdə irəli aparacağıq. Bakı Gəmiqayırma Zavodunda tikilməkdə olan qabaqcıl xüsusiyyətlərə malik yeni “Xankəndi” gəmisi  Şahdəniz Mərhələ 2-nin  sualtı qurğularının  daşınması və quraşdırılmasında əsas işləri görəcək.  Bu qurğular Xəzərdə indiyədək quraşdırılmış ən böyük sualtı hasilat sistemi olacaq”.

Bu müqavilə çərçivəsində görüləcək işlərin 2022 ilin ortalarınadək başa çatdırılması planlaşdırılır. 2022-2027-ci illər arasında şərq-cənub, şərq-şimal və qərb-cənub sualtı cinahlarında qalan fontan armaturlarının, sualtı birləşdirici kabellərinin və birləşdirici asqıların quraşdırılması işlərini əhatə etmək məqsədilə müqavilənin daha beş il müddətinə uzadılmaq imkanı da var. İşlərin həcminə həmçinin 2019-cu ildə “İsrafil Hüseynov” borudüzən barjının yenidən işlərə cəlb olunması və dərin sularda axın xətlərinin quraşdırılmasının ikinci mərhələsi üzrə işlər də daxildir.

Şahdəniz Mərhələ 2 və Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihələri üzrə işlər ilk qazın 2018-ci ildə əldə edilməsi planına uyğun irəliləyir və Azərbaycan və Gürcüstan ərazisində mühəndis-layihələndirmə, təchizat-tədarük və tikinti işləri də daxil olmaqla layihənin ümumilikdə 70%-dən çox hissəsi tamamlanıb.

Eyni kateqoriyadan Digər materiallar

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.