Çərşənbə, May 14, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BANM və Abu-Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb

04/05/2016
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Bakı Ali Neft Məktəbi (BANM) və Abu-Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

banBu barədə “Report”a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

BANM-in rektoru Elmar Qasımov BANM-in tarixi, fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri, qısa müddət ərzində əldə etdiyi nailiyyətləri və yeni kampusu haqqında məlumat verib.

E.Qasımov BANM-də tələbələr üçün təşkil olunan istehsalat təcrübəsinə verilən xüsusi önəmdən və onları elmi tədqiqatlara təşviq etmək məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

O, BANM və Abu-Dabi Neft İnstitutu arasında qurulan əməkdaşlığın mühəndislik ixtisasları üzrə tələbə və akademik heyətin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, elmi işlərin, akademik nəşrlərin, təlim materiallarının və digər məlumatların mübadiləsi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə fəaliyyət göstərməsinə şərait yaradacağını bildirib.

Rektor Abu-Dabi Neft İnstitutunun BANM-in tərəfdaşları sırasına daxil olmasından şad olduğunu bildirərək hər iki ali təhsil müəssisəninin gələcəkdə mühəndis kadrlar hazırlayan dünya universitetləri arasında sözünü demiş ali təhsil ocaqlarına çeviriləcəyindən əminliyini ifadə edib.

Abu-Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetler Azərbaycanda və mühəndislik sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlayan Ali Məktəbdə olmasından məmnunluğunu ifadə edib. O, rəhbərlik etdiyi Neft İnstitutunun mühəndislik və enerji sənayesi sahəsi üzrə mütəxəssislərin hazırlanmasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı olan Abu Dabidə yaranan dünya səviyyəli ali təhsil ocağı və tədqiqat mərkəzi olduğunu bildirib.

T.Hoçstetler BANM ilə mühəndis kadrların hazırlanması sahəsində birgə fəaliyyətə maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın qurulmasından şad olduğunu deyib. O, yaradılan əməkdaşlığın hər iki ali məktəbə böyük töhfələr və mühəndis hazırlığı istiqamətində yeni nailiyyətlər gətirəcəyinə əminlik ifadə edib.

Abu-Dabi Neft İnstitutunun xarici əlaqələr və əməkdaşlıq üzrə direktoru İbrahim Əl Həcri BANM və təmsil etdiyi institut arasında bir çox oxsar cəhətlər olduğundan səmərəli əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib. O, yaradılan əməkdaşlığın həmçinin mədəniyyətlərarası əlaqələrin genişlənməsinə yardım edəcəyini qeyd edib. İ.Əl Həcri, Abu-Dabi Neft İnstitutunun BANM-lə tələbə və xüsusi ilə akademik heyətinin mübadiləsi sahəsində əməkdaşlıq edəcəyindən şad olduğunu bildirərək bununla hər iki ali təhsil müəssisənin tədqiqat sahəsinin daha da inkişaf edəcəyini deyib.

Görüşdə həmçinin, qarşılıqlı əməkdaşlıq perspektivlərinin müzakirəsi keçirilib.

Sonda BANM və Abu-Dabi Neft İnstitutu arasında anlaşma memorandumu imzalanıb.

BANM-in rektoru Elmar Qasımov Abu-Dabi Neft İnstitutunun Prezidenti Tomas Hoçstetlerə Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdim edib.

Qeyd edək ki, memorandumda həmçinin, seminar, konfrans və təlimlərin təşkilində qarşılıqlı dəstəyin göstərilməsi, xüsusi inkişaf sahələrində təlim layihələri çərçivəsində əməkdaşlıq və digər sahələr üzrə əməkdaşlıq məsələləri əks olunub.

Eyni kateqoriyadan Digər materiallar

Успешная деятельность GL Group в центре внимания Милли Меджлиса
Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group-un uğurlu fəaliyyəti Milli Məclisin diqqət mərkəzindədir

07/05/2025
Azərbaycan

Azərbaycanda qazlaşma səviyyəsi 97 %-ə çatıb

29/04/2025
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
Maraqlı Xəbərlər

“OPEC+” neft hasilatı planına düzəliş edəcək

27/04/2025
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
Azərbaycan

“Yanacaq və elektrik doldurma məntəqələri. Layihələndirmə normaları” təsdiqlənib

09/04/2025
Azərbaycan

GL Group Azərbaycanda quruda ilk horizontal quyunun qazılmasına start verib

04/04/2025
Azərbaycan

SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb

17/03/2025
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.