Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Dövlət Dəniz Adminstrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində Rusiya tankerində baş verən yanğınla bağlı birgə məlumat yayıb.
“Report” xəbər verir ki, 23 aprel 2016-cı il tarixində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən “PALFLOT-2“ tankerində yanğın baş verməsi barədə Azərbaycan Dövlət Dəniz Administrasiyasına “SOS” siqnalı daxil olub.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin müvafiq qüvvələri dərhal hadisənin nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.
Görülmüş operativ tədbirlər nəticəsində yanğın saat 18:06-da tam söndürülüb.