Martın 28-də Türkmənistanın “Türkmənneftqazstroy” (“Turkmennebitgazgurlushik”) Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin (TAPI) Türkmənistan hissəsinin xətti hissəsində boru kəmərlərinin qaynaq edilməsinə başlayıb.
Cari işlərdə 100-dən artıq xüsusi texnikadan istifadə edilir.
“Türkmənqaz” dövlət konsernin mühəndis xidməti topoqrafik çəkilişi, 200-dən çox km ərazidə – “Qalkanış” yatağından Əfqanıstan sərhədinə qədər olan məsafədə mühəndiş-axtarış işlərini başa çatdırıb.
Boru kəmərinin türkmən sahəsində kompressor stansiyası, su çəpərləri və mühəndislik şəbəkələri, enerji nəql xətti inşa ediləcək.
Türkmənistan-Əfqanıstan – Pakistan-Hindistan (TAPİ) qaz kəmərinin tikintisinə dekabrın 13-də başlanılıb. TAPİ qaz kəmərinin ümumi uzunluğu 1814 kilometr təşkil edəcək və ildə 33 milyard kubmetr qaz nəql edə biləcək.