Rusiya Maliyyə Nazirliyinin məlumatında bildirilir ki, 2016-cı ilin martında Urals markalı neftin bir barelinin orta qiyməti $36,53 təşkil edib ki, bu da fevral ayında olan qiymətdən (bir barel üçün $30,55) $6 çox, lakin ötən ilin mart ayındakı qiymətdən (bir barel üçün $54,53) $18 azdır.
Urals markalı neftin bir bir barelinin orta qiyməti 2016-cı ilin yanvar-martında bir il əvvəlki $52,76 qarşı $31,99 təşkil edib.
Qeyd edək ki, Urals markalı neftin bir bir barelinin orta qiyməti 2016-cı ilin yanvar ayında 27 dollara qədər ucuzlaşmışdı.