“Lukoil” şirkətinin karbohidrogen hasilatı 2015-ci ildə gündə 2.379 milyon barel neft ekvivalenti təşkil edib ki,bu da 2014-cü ildəki göstəricidən 2.8% çoxdur.
2015-ci ildə neft hasilatı 100.7 milyon ton olub ki,bu da 2014-cü ildəki göstəricidən 3.6% çoxdur. Hasilatın artımı əsasən “Lukoil” şirkətinin İraqda “Qərbi Kurna-2” yatağındakı fəaliyyəti ilə bağlıdır.
Şirkətin hesabatında bildirilir ki,”Lukoil” 2015-ci ildə 14 yeni neft və qaz yatağı istismara verib.
Həmçinin 18 yeni yataq aşkar edilib. Bu 2001-ci ildən sonra ən yaxşı göstəricidir. O cümlədən, Baltik dənizinin şelfində 3 yataq kəşf edilib.
Rusiya ərazisində ümumi neft hasilatı 1.1% azalaraq 84,866 milyon ton,Rusiyanın xaricində isə neft hasilatı 61,7% artaraq 12,612 milyon ton təşkil edib.