Cümə axşamı, Yanvar 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Kenan Yavuz 8 illik fəaliyyətdən sonra istefa verdi

25/04/2016
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Onun yerinə SOCAR-ın Sərmayələr idarəsinin Rəis müavini təyin edilib…

zaur_gahramanov2008-ci ildən “Petkim Holding” və “SOCAR Turkey Energy”nin baş icraçı direktoru (CEO) olan Kənan Yavuz tutduğu postdan istefa verib.

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhrəmanov isə “SOCAR Turkey Energy” şirkəti İdarə Heyətinin bugünkü qərarı ilə “SOCAR Turkey Energy”nin baş direktoru təyin edilib.

“SOCAR Turkey Energy”dən “Report”a bildirilib ki, İdarə Heyətinin sədri Vaqif Əliyev K.Yavuza “SOCAR Turkey Energy” şirkətində bu günə qədər göstərdiyi fəaliyyətə görə təşəkkür edib və Z.Qəhrəmanova yeni vəzifəsində uğurlar arzulayıb: “Kənan Yavuz fəaliyyəti ərzində “SOCAR Turkey” şirkətinə xidmət edib, onun rəhbərliyi altında şirkət önəmli uğurlara imza atıb. O, CEO fəaliyyəti ərzində həm şirkətimizin investisiyalarının Türkiyədə daha geniş miqyasda yayılması, həm də Türkiyənin enerji sektorunda rəqabətədavamlı bir oyunçu halına gəlməsi üçün böyük dəstək verib. Kənan Yavuz şirkətlər qrupumuzdakı İdarə Heyətinin üzvlüyünü davam etdirəcək”.

V.Əliyev Z.Qəhrəmanovun 8 ildən artıq müddətdə SOCAR tərkibində çox önəmli vəzifələr icra etdiyini xatırladaraq, onun beynəlxalq rəqabətçiliyin artırılması, şirkətin beynəlxalq mövqeyinin güclənməsi və dərinləşməsinə ciddi töhfələr verərək tutduğu vəzifələri uğurla icra etdiyini vurğulayıb.

“Ona yeni baş direktorluq vəzifəsində uğurlar arzu edirəm. Əminəm ki, “SOCAR Turkey” şirkətinin uğurlarına və iki qardaş ölkənin enerji sektorundakı gücünə əlavə dəyər qatacaq”, – deyə İdarə Heyətinin sədri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunu olan Z.Qəhrəmanov “The University of Chicago Booth Scool of Business-də MBA dərəcəsini tamamlayıb.

Fəaliyyətinə KPMG şirkətində vergi mütəxəssisi olaraq başlayan Z.Qəhrəmanov “Ernst & Young” reytinq agentliyində baş nəzarətçi, “Statoil” şirkətində bir müddət hüquq və vergi məsləhətçisi, maliyyə analitiki vəzifələrində çalışıb.

2008-cı ildən etibarən “SOCAR Trading S.A” baş maliyyə qrupuna qatılan Z.Qəhrəmanov 2013-cü ildən SOCAR-ın Sərmayələr İdarəsinin rəis müavini vəzifəsində çalışıb. O, eyni zamanda “SOCAR Energy Switzerland”, Trans-Adriatik Boru Kəməri (TAP) və “Neftçi” Futbol Klubu İdarə Heyətinin üzvüdür.

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.