Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin yanvar-martında dövlət büdcəsinə 325 mln 130 min manat ödəniş edib.
Qeyd edək ki, ötən ilin birinci rübündə SOCAR-ın dövlət büdcəsinə ödənişləri 340 mln 443 min manat təşkil etmişdi. Beləliklə,cari ilin yanvar-martında SOCAR-ın dövlət büdcəsinə ödənişləri 15 mln 313 min manat və ya 4.5% azalıb.
2016-cı martında SOCAR Azərbayacnın dövlət büdcəsinə 109 mln 148 min manat ödəniş edib. 2015-ci ilin martında bu göstərici 113 mln 714 min manat olmuşdu.
Bundan əlavə, bu ilin martında SOCAR Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 10,92 mln. manat köçürüb. Cari ilin yanvar-martında SOCAR DSMF-na ödənişləri 31,97 mln. manat təşkil edib.