Bu gün Azərbaycan Respublikasının Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış, bu vəsaitdən 0,5 milyon ABŞ dolları məbləğində vəsait 3 banka satılmışdır. Bu haqda Caspian Barrel-ə Neft Fondunun mətbuat xidmətindən məlumat verilib.
Xatırladaq ki, ilin əvvəlindən Neft Fondu hərraclarda 1,3milyar dollara yaxın vəsait satıb.