Neft qiymətlərinin stabilləşmə, hətta yenidən artma ehtimalı barədə sübutlar var, Beynəlxalq Enerji Agentliyi (IEA) bəyan edib.
Bu, ABŞ-da neft hasilatının azaldılması və digər ölkələrin neft tədarükünün qarşısının alınması nəticəsində baş verir.
İranın prosesə qoşulması nəticəsində artım olacağına dair qorxular da özünü doğrultmayıb.
Neftin qiyməti 2014-cü ilin iyunundan bəri 70 faiz düşərək bu ilin əvvəlində 27 dollara satılıb.
Sənaye ölkələrində enerji siyasətini əlaqələndirən agentlik güman edir ki, qeyri-OPEC ölkələrində də istehsalın həcmi 2016-ci ildə sutkada 750,000 min barel azalması gözlənilir.
ABŞ-dakı istehsalınsa sutkada 530,000 min barel azalacağı proqnozlaşdırılır.
“BBC” radiosu