2016-cı ilin yanvarında Azərbaycan 2 mln. 725 min 291,08 ton neft ixrac edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 4,8% azdır.
Dövlət Gömrük Komitəsi sayğaclarının göstəricilərinə əsasən, yanvarda Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 2 mln. 288,59 min ton (həmçinin “Şahdəniz” yatağından 212 min 294,23 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 376,853 min ton, Bakı-Novorossiysk neft kəməri ilə isə neft nəql edilməyib. Dəmir yolları ilə Gürcüstan limanlarına 59 min 848,08 ton neft daşınıb.
DGK-nın məlumatına görə,2016-cı ilin yanvarında $547 mln. 342,6 min məbləğində neftin bəyan edilmiş həcmi 1 mln. 989 min 186,83 ton təşkil edib.
DGK-nın məlumatına görə,2016-cı ilin yanvarında Azərbaycandan $31 mln. 109,25 min məbləğində 159 min 646,61 ton neft məhsulu ixrac olunub.