2015-ci ildə Türkmənistanda 22.5 milyard kVt/saat elektrik enerjisi istehsal olunub ki, bununda 3.2 milyard kilovat / saatı ixrac edilib. Bu barədə Türkmənistanın energetika nazirliyinin məlumatında deyilir.
Hal-hazırda Türkmənistanda Əfqanıstan, İran və Türkiyə istiqamətində elektrik enerjisi ixracının artırılması üzrə işlər aparılır. Elektrik enerjisinin Tajikistan,Qazaxstan və Pakistana ötürülməsi imkanları araşdırılır.
2013-2020-ci illərdə Türkmənistanın elektrik enerjisi sənayesinin inkişafı konsepsiyasına görə, ölkənin müxtəlif regionlarında 14 qaz-turbin elektrik stansiyasının tikintisi planlaşdırılır.
Türkmənistan 2020-ci ilə elektrik enerjisi istehsalını 27,4 milyard kilovat/saata, 2030-cu ildə isə 35,5 milyard kilovat/saata çatdırmağı planlaşdırır.