İngilis-holland neft-qaz nəhəngi Royal Dutch Shell Plc şirkətinin səhmdarları Britanıyanın qaz şirkəti olan BG ilə birləşmənin lehinə səs verib. Sövdələşməni Şell şirkətinin 83,08% pay sahibləri tərəfindən dəstəklənib.
Bundan əlavə, birləşmə BG səhmdarları tərəfindən təsdiq edilməlidir, onlar cümə axşamı səs verəcəklər. Əgər təsdiq olunarsa, müqavilə 15 fevralda bağlanacaq,- deyə Şell şirkətinin məlumatında bildirilir.
2015-ci ilin aprelində Şell 70 milyard dollara BG Group şirkətini almaq barədə qərar qəbul etmişdi.