Reyter agentliyi Türkiyənin energetika nazirliyinə istinadən məlumat verir ki,Qazprom ödənilməmiş hesablar üzündən özəl şirkətlərə qaz tədarükün 10% azaldıb.
Mənbənin sözlərinə görə,Türkiyənin özəl şirkətləri Qazpromun 10.25% endirimi ləğv etməsindən sonra ödənişi ödəməkdən imtina ediblər.
Əvvələr İnterfax agentliyi öz mənbələrinə istinadən xəbər verirdi ki,Qazprom alıcılar ilə qiymət mübahisəsi üzündən Türkiyəyə qaz ixracını əhəmiyyətli dərəcədə azaldıb.
Sonuncu hesabat tarixi – 24 fevralda Rusiya qazının Türkiyənin qərbinə tədarükü 40% – 26.7 milyon kub metrə qədər azalıb.
Bir müddət əvvəl Türkiyə rəsmiləri Qazprom şirkətinin qaz istehlakçıları üçün 10.25 faiz endirim ləğv etdiyini bildirmişdilər.
Türkiyə – Almaniyadan sonra Rusiya qazının ən böyük ikinci istehlakçısıdır. 2015-ci ildə Türkiyə Moskvadan Botas şirkəti üçün endirimlər əldə etməyə çalışırdı.
Rusiya Türk axını ixrac boru kəməri çərçivəsində endirmlər vəd edmişdi, lakin güzəştlər qüvvəyə minməmiş, Rusiya və Türkiyə arasında münasibətlərin pisləşməsi üzündən rəfə qaldırıldı.
Oktyabr ayında Türkiyə qaz boru kəməri operatoru BOTAŞ Rusiya qazına endirim tələbi ilə, Beynəlxalq ticarət palatasının (ICC) arbitraj məhkəməsində iddia açıb.