İranın neft naziri Bijan Namdar Zanqane bildirib ki, “Şimali Azadeqan” yatağında neft hasilatını ilin sonuna qədər 250 min barelə qədər artıracaq.
Layihənin həyata keçrilməsi nəticəsində neft hasilatı gündə 150 min barel artacaq.”Şimali Azadeqan” yatağının inkişafı iki mərhələdən ibarətdir.Hər mərhələdə artım 75 min barel təşkil edəcək.
“Şimali Azadeqan” yatağında çıxarıla bilən neft ehtiyatları 5.6 milyard barel həcmində qiymətləndirlir. Bu Azadeqan yatağının tərkib hissəi olub,şimal və cənub hissələrinə bölünür. Yatağın çıxarıla bilən ehtiyatları 9 milyard bareldir. Yatağın ümumi geoloji ehtiyatları 42 milyard barel təşkil edir.