Cümə, Yanvar 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İlham Şaban: Hələlik “qaynayan” neft, “uyuyan” qeyri-neft sektorudur

03/02/2016
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Korrespondent.az-ın suallarını “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabah cavablandırır.

il32– Azərbaycanda posneft dönəmini artıq başlamış saymaq olarmı?

– Mən düşünmürəm  ki, Azərbaycan postneft dövrünə qədəm qoyub. Bunu sadəcə bir şüar kimi qəbul edirəm. Çünki hökumətin davranışını kənardan müşahidəm göstərir ki, indiki addımlar neft pullarının gəlhagəl dövründən mahiyyət baxımından elə də fərqlənmir. Düzdür, neft gəlirləri ciddi şəkildə azalıb və artıq hökumət başa düşür ki, öncəki illərdə kimi yüksək gəlirlərin əldə edilməsi mümkün olmayacaq. Ancaq qeyri-neft sektorunun dirçəldilməsi adı altında atılan addımlar da istehsalın stimullaşdırılmasından daha çox inzibati metodlarla nələrəsə nail olmaq cəhdidir. Məsələn, hökumət bir sıra cərimələri artırıb. Özü də dəfələrlə. Artıq polislər yollara düşüb piyadaları belə cərimələməklə məşğuldurlar. Real islahat proqramı əvəzinə hələlik yığıncaqlar, müzakirələr keçirilir.

Ancaq neft sektorunda son 1 ildə çox ciddi dəyişikliklər baş verir. Hökumət Dövlət Neft Şirkəti kimi nəhəng bir “gəmi”ni yavaş-yavaş kommersiya relsinə keçirməyə çalışır. Ağrılı prosesdir, çünki ixtisarlar, ortada insan faktoru və sair sosial məsələlər var, ancaq proses gedir. Artıq üçpilləli idarəetmə sistemindən ikipilləli idarəetmə sisteminə keçid başlayıb. Buna görə də şirkətin bir sıra aralıq qurumları ləvğ edilir, təkrarlayıcı strukturlar ixtisar olunur. SOCAR  yığcamlaşmaya doğru istiqamət götürüb. Hətta 2 neftayırma avodu belə 2015-ci ildə birləşdirildi. Bu proses 2018-ci ilə qədər davam edəcək. Bu haqda rəsmi açıqlamalarda bildirilir ki, ixtisarlar nəticəsində SOCAR-ı daha çevik bir şirkətə çevrilmək niyyəti var. Bu, eyni zamanda neft qiymətinin indiki aşağı həddində məhsullarının rəqabətədavamlılığını qorumaq üçün vacibdir.

– SOCAR-ın 2016-cı il planlarında nələr var?

– 2016-cı ildə hasilatla bağlı xarici şirkətlərlə 2 neft müqaviləsinin imzalanması gözlənilir. Bundan başqa Qaradağ qaz-kimya kompleksi üzrə Yaponiya şirkətləri ilə ilin ortasında danışıqların yekunlaşdırılması və bu sahədə tərəfdaşlıq müqaviləsinin icrasına başlanması planlaşdırılıb. Görülən tədbirlər sırasında H.Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi də var. SOCAR çalışır ki, 2019-cu ildə Avro-5 standartlarında məhsulun istehsalına başlaya bilsin. Bu il ölkə ərazsində Cənub Qafqaz boru kəmərinin genişləndirilməsi layihəsi üzrə tikinti işləri masştablı müstəviyə keçəcək. “Şahdəniz-2” layihəsi üzrə işlər 15 min nəfərin işlə təmin olunacağı deməkdir. Bu faktları ona görə sadalayıram ki, neftin bareli 30 dollar olanda belə ölkədə neft sektorundan daha canlı sahə olmadığı aşkar olsun. Obrazlı desək, qaynayan neft, hələki uyuyan qeyri-neft sektorudur.

-Bəs onda yaxın illərin üfüqündə nə müşahidə edirsiniz?

-Hesab edək ki, 2020-ci ilin sonuna nəzər yetiririk. Elə indi əldə olan məlumatlara əsasən, 5 il sonra da neft sektorunu Azərbaycan iqtisadiyyatının ən aktiv hissəsi kimi  qiymətləndirmək olar. “Şahdəniz-2” layihəsindən ilk qazın Avropaya çıxarılmasına hazırlıq gedəcək. TANAP-TAP layihəsi işə düşəcək, “Şahdəniz-2” layihəsi üzrə hasilat gündən günə artmaqda davam edəcək, Azərbaycan Gürcüstanın qaz ehtiyaclarını 90%-dən çox ödəməyə başlayacaq. Bu, “Şahdəniz-2” qazının tranziti hesabına ödəniləcək. Beləliklə, də rəsmi Tiflis Azərbaycana daha sıx bağlanacaq. Bundan başqa, Qazaxıstanın “Kaşağan” layihəsi işə düşdüyündən bu ölkədən Bakı-Tiflis-Ceyhan vasitəsilə dünya bazarına çıxardığı neftin həcmi 2 dəfə artırılacaq. Türkmənistanın neft və neft məhsullarının Azərbaycan vasitəsilə daşımalarının həcmi böyüyəcək. Vaxtilə qeyd edilən Azərbaycanın bir enerji nəqletmə mərkəzinə çevrilməsi artıq praktikada reallaşacaq. SOCAR-ın Gürcüstandakı Kulevi terminalı neft, neft məhsulu və kimya məhsulları ixracından kifayət qədər qazanc əldə etməyə başlayacaq. Qaradağ qaz-kimya kompleksinin ilk etapının tamamlama işləri gedəcək. Sumqayıtda SOCAR-ın Polimer zavodu ixracdan gəlirlər əldə etməyə başlayacaq. Karbamid zavodu da həmçinin. Bibiheybət tikinti meydançasında dəyəri 8 milyard olan 48 quyuluq yeni platformanin tikintisinin qizgin çağı olacaq. Bu platforma Azəri-Çıraq-Günəşli layihəsinin genişləndrilməsində tətbiq ediləcək.

Bundan əlavə Fransanın Total şirkəti ilə birfə Xəzər dənizində yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qazın hasil edilməsi layihəsinə işlər başlanacaq.

Yəni üfüqdə yenidən geniş neft və qaz layihələri görünür. Onları nə miqyasına, nə də dəyərinə görə qeyri-neft sektoru ilə müqayisə etmək olmaz. Ona görə də mən postneft ifadəsini axasında reallıq dayanmayan şüar kimi qəbul edirəm.

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
ЕС исключил из санкций нефтепродукты, произведенные из российской нефти вне РФ
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.