“Fitch” beynəlxalq reytinq agentliyi xarici və milli valyutalarda Azərbaycanın uzunmüddətli reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinədək aşağı salıb.
Virtualaz.org TASS agentliyinin məlumatına əsasən xəbər verir ki, reytinq üzrə proqnoz “mənfidir”.
“Neftin aşağı qiymətləri büdcənin vəziyyətini hiss olunacaq qədər pisləşdirib”, – agentliyin analitikləri belə bildiriblər.
Yanvar ayının sonlarında digər reytinq agentliyi – S&P də Azərbaycanın reytinqini “BBB-” səviyyəsindən “BB+” səviyyəsinədək aşağı salmışdı.