Ötən həftə (15-19 fevral) ərzində Azərbaycanın “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən AZERI LT (CIF) növlü neftin orta qiyməti 33,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,51 dollar/barel çoxdur.
Trend-in məlumatına görə, ötən həftə ərzində AZERI LT-nin qiyməti maksimum 34,88, minimum isə 32,54 dollar/barel təşkil edib.
15-19 fevral həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftin qiyməti 29,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin qiymətindən 1,68 dollar/barel çoxdur.
Ötən həftə ərzində URALS-ın qiyməti maksimum 30,84, minimum isə 28,25 dollar/barel olub.
15-19 fevral həftəsində “Brent Dated” növünün orta qiyməti 32,7 dollar/barel təşkil edib. Bu rəqəm ötən həftənin göstəricisindən 2,3 dollar/barel çoxdur.
Ötən həftə “Brent”in maksimum qiyməti 33,72 dollar, minimum isə 31,38 dollar/barel təşkil edib.