Yaponiya İrandan neft alınması ilə bağlı imzalanan müqavilənin vaxtını uzatmağı planlaşdırır. “Report”un məlumatına görə, bu barədə İran Milli Neft Şirkəti (NIOC) məlumat yayıb.
Məlumata görə, rəsmi Tokio müqavilənin vaxtını 2017-ci ilin aprelinə qədər uzatmaq niyyətindədir. Həmçinin Yaponiya İrandan xam neft idxalını da artırmaq istəyir.
Qeyd edək ki, hazırda Yaponiyanın İrandan gündəlik xam neft idxalı 110 min barelə bərabərdir. Lakin hələlik artırılacaq həcm barədə məlumat verilmir.
Xatırladaq ki, Yaponiya ABŞ-ın 2012-ci ildə İrana tətbiq etdiyi sanksiyalardan öncə bu ölkənin ən böyük müştərilərindən biri olub.