Çərşənbə axşamı, Noyabr 11, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Vaqif Əliyev: “TANAP-ın çəkilişində ləngimə yoxdur”

07/01/2016
0
BAXIŞ
Share on FacebookShare on Twitter

20160106_203826Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazı Türkiyəyə nəql edəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) çəkilişində heç bir ləngimə yoxdur. “Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev ANS TV-yə müsahibəsində bildirib.

O qeyd edib ki, boru kəmərinin Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin Əskişəhər şəhərinə qədər olan 1 300 km hissəsinin 850 km-nin boruları istehsal olunub: “Borular daha çox Türkiyədə, bir qismi isə Çində istehsal olunur. Kəmərin boruları istehsal olunduğu müəssisələrdə xüsusi yoxlamalardan keçərək, təhvil verilir. TANAP üzrə 600 km-dən artıq sahənin yolu açılıb, 230 km hissədə borular qaynaqlanıb”.

Sərmayələr İdarəsinin rəisi boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin iyun ayında təhvil veriləcəyini bildirib.

O, həmçinin qeyd edib ki, hazırda hətta tikintinin qrafikdən tez başa çatdırılması məsələsi gündəmdədir: “Türkiyənin baş naziri Əhməd Davudoğlunun Bakıya səfəri çərçivəsində Azərbaycan rəsmiləri ilə TANAP-ın qrafikdən tez təhvil verilməsi müzakirə olunub. Hazırda bu məsələ gündəmdədir. Çalışırıq ki, boru kəmərinin tikintisini qrafikdən əvvəl başa çatdıraq”.

V.Əliyev layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, TANAP regionun ən böyük infrastuktur layihəsi olmaqla yanaşı, dünyada da miqyasına görə ən böyük infrastruktur layihəsidir: “Layihə ciddi hazırlıq işlərindən sonra həyata keçirilməyə başlanıb. TANAP Cənub Qaz Dəhlizi layihəsinin çox vacib seqmentlərindən biridir. Bu tipli layihələrin həyata keçirilməsi çox ciddi hazırlıqlar tələb edir, minlərlə məsələnin çözümündən keçir. TANAP-ın uzunluğu 1 850 km, diametri isə 56 düymdür. Təcrübədə 56 düymdən böyük diametrdə boru kəmərinin çəkilişinə təsadüf olunmur. Bu, Türkiyənin tam qar ilə örtülmüş dağlıq hissəsindən ovalıq hissəsinə qədər müxtəlif relyeflərdən keçəcək boru kəməridir”.

“Gürcüstan-Türkiyə sərhəddindən Əskişəhər şəhərinə qədər olan hissə – 1 300 km – 56 düym diametrindədir, buradan Yunanıstan-Türkiyə sərhəddinə qədər olan hissənin diametri isə 48 düym olacaq”, – deyə V.Əliyev əlavə edib.

Eyni kateqoriyadan Digər materiallar

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
“SOCAR Cape” “BP-Azerbaijan” ilə müqavilənin müddətini uzadıb
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.