Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Vaqif Əliyev: “SOCAR-ın Gürcüstanda ciddi rolu var”

07/01/2016
7
BAXIŞ
Share on FacebookShare on Twitter

socar-georgia2İran regionda çox güclü iqtisadi dayaqları olan bir dövlətdir. Qlobal sanksiyaların İran üzərindən götürülməsi bu ölkənin həm bölgədə, həm də daha geniş miqyasda daha ciddi rol almaq istəyini qabardacaq. Bu mənada İranın Ermənistan üzərindən Gürcüstana qaz çatdırması mümkün variantlardan biri kimi proqnozlaşdırılır. Amma gəlin dəyərləndirək, bu miqdar, bu bazar İran üçün nə qədər önəmli ola bilər?!

“Report” ANS TV-yə istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev İranın Gürcüstana qaz nəql etməsi ilə bağlı aparılan müzakirələri şərh edərkən bildirib.

İranın Gürcüstana qaz nəql etməsinin Azərbaycanın bu ölkənin bazarındakı roluna təsirinə gəlincə isə V. Əliyev qeyd edib ki, Gürcüstan Azərbaycanın yaxın qonşusu olmaqla yanaşı, strateji müttəfiq səviyyəsində iş birliyi qurduğu dövlətlərdəndir.

“Gürcüstanın İran, yaxud da Rusiyadan qaz almaq üçün danışıqlar aparmasında qəribəlik yoxdur. Hər bir dövlət daxili və xarici siyasətini özü müəyyən edir. Azərbaycanla da strateji iş birliyinin müəyyən edilməsi Gürcüstan dövlətinin siyasi seçimidir. Biz burada ciddi təhlükə görmürük. SOCAR-ın Gürcüstanda ciddi rolu var, SOCAR ciddi mövqeyə malik şirkət kimi tanınır. Şirkətimiz son 5 ildə Gürcüstanın ən böyük şirkəti və ən böyük vergi ödəyicisidir. 2015-ci ilin nəticələri açıqlanmasa da bu statusu qoruyub saxladığımıza əminəm” – V.Əliyev əlavə edib.

O xatırladıb ki, Gürcüstan hökuməti ilə uzun illərdir imzalanan anlaşma var: “Anlaşma nəticəsində Gürcüstanın qaz təchizatının əsas oyunçusu Azərbaycan mənşəli qaz, o cümlədən SOCAR-dır. Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə “Şahdəniz” yatağının birinci fazası üzrə Türkiyəyə nəql olunan qazın tranzit haqqı kimi Gürcüsatana təbii qaz verilir. Eyni zamanda, Gürcüstan Şahdəniz-1 qazının alıcısıdır. Həmçinin SOCAR da Gürcüstana qaz satır. Gürcüstan hökuməti ilə anlaşmamız 2030-cu ilə qədərdir. Bu anlaşmaya görə biz əsas təchizatçılardan biriyik. Digər mənbə isə Ermənistana Rusiyadan ötürülən qazın tranzit haqqı kimi çatdırılan qaz payıdır” – deyə, SOCAR-ın Sərmayələr İdarəsinin rəisi bildirib.

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Доля нефтегазового ВВП в экономике Азербайджана впервые упадет ниже 30%
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azerbaijan’s oil and gas sector decreased by 1%
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.