SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ildə dünya bazarlarına 1 mln. 226,212 min ton neft məhsulu ixrac edib ki, bu da 2014-cü ilin göstəricisindən 2,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə SOCAR 965,788 min ton dizel yanacağı, 236,532 min ton təyyarə yanacağı, 0,28 min ton soba mazutu, 8,598 min ton yüksək təzyiqli polietilen, 1,294 min ton mütləqləşdirilmiş izopropil spirti, 9,339 min ton maye piroliz qatranı, 1,981 min ton propilen və 2,4 min ton butilen-butadien fraksiyası ixrac edib.
2015-ci ilin dekabr ayında SOCAR 91,315 min ton dizel yanacağı, 8,052 min ton təyyarə yanacağı, 8,598 min ton yüksək təzyiqli polietilen, 1,294 min ton mütləqləşdirilmiş izopropil spirti, 9,339 min ton maye piroliz qətranı, 1,981 min ton propilen və 2,4 min ton butilen-butadien fraksiyası daxil olmaqla 122,979 min ton neft məhsulu ixrac olunub.
SOCAR-ın məlumatına görə, dekabr ayında dünya bazarında 1 ton etilləşdirilməmiş benzinin qiyməti $437,45, təyyarə yanacağının – $362,95, dizel yanacağının – $328,74, 1% kükürdlü mazutun qiyməti $164,85 təşkil edib.
2014-cü ildə şirkət 1 mln. 199,543 min ton neft məhsulu ixrac edib.
2015-ci il yanvarın 1-dən Azərbaycanda bir neft emalı zavodu – Heydər Əliyev adına Bakı NEZ fəaliyyət göstərir.