Cümə, Sentyabr 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rusiya iqtisadiyyatının qatilləri: Neft və sanksiyalar -Təhlil  

08/01/2016
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Bloomberg Business-in apardığı sorğu iştirakçılarının 27 faizi Rusiya prezidenti Vladimir Putinin ölkədəki iqtisadi böhranı idarə edə bilmədiyini deyib.

rubllarRusiyada vəziyyət ağırdır. Neft qiyməti düşüb, 2014-cü ildə Ukraynaya qarşı təcavüzünə görə ölkəyə qarşı iqtisadi sanskiyalar tətbiq olunub, rublun dəyəri düşüb və bu, iqtisadi artıma ziyan vurub.

Rusiyanın iqtisadi artımı neft qiymətləri düşmədən və sanksiyalar tətbiq olunmadan çox əvvəl, 2012-ci ilin ilk kvartalında yavaşlamağa başladı. Dünya Bankı hesab edir ki, 2017-ci ilədək Rusiyanın ümumdaxili məhsul istesalı (ÜDM) 2012-ci ilin ÜDM-sindən aşağı olacaq.

Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin iqtisadiyyatın 2016-cı ildə tənəzzülə doğru gedəcəyinə inandığını deyir, lakin onun fikrincə, 2017-ci ildə iqtisadiyyat artmağa başlayacaq.

Heç kəs artımın 1 və ya 2 faizdən artıq olacağını gözləmir

Rusiya üzrə dünya şöhrətli ekspert, Columbia Universitetinin Harriman İnstitutunun professoru Timothy Frye isə fərqli düşünür. Frye deyir ki, onun fikrincə, iqtisadiyyat üçün ən pis dövr artıq geridə qalıb. 2012-ci ildən 2015-ci ilədək Rusiyadakı iqtisadi artım illik 1.5-2 faiz təşkil edirdi. Ən son rübdə iqtisadiyyat sabitləşməyə və yeni aşağı neft qiymətlərinə uyğunlaşmağa başladı.

“Baxmayaraq ki, hamı gələn il ərzində iqtisadi artımın 0.5-1 faiz arasında olacağı üzərində razılaşır, narahatedici faktor odur ki, heç kəs artımın 1 və ya 2 faizdən artıq olacağını gözləmir. Bu isə hökümətin siyasətində dəyişikliyin  qarşısını alır,” deyə Frye əlavə edir.

O düşünür ki, insanlar hökümətin siyasətinin dəyişəcəyini gözləmir, çünki bunu etmək böyük siyasi öhdəlik tələb edir.

Bəs o zaman nə etmək lazımdır?

Rusiya höküməti rublun dəyərini artırmaq üçün Gazprom və Rosneft kimi  böyük sənayelərin xarici valyuta ehtiyatlarının azaldılmasına təzyiq göstərib. Hökümət, özəlləşdiriləndən sonra neft və qaz sənayesi sahəsində milyadlar qazanan oliqarxlara da eyni taktikanı tətbiq edib. Hökümət onlara iqtisadiyyata yardım etmələri üçün təzyiq göstərib.

Eyni zamanda Moskvada da universitetdə dərs deyən Frye Rusiyada bir çox maraqlı qrupların olduğuna və onların da iqtisadiyyatın milliləşdirməsi ilə bağlı maraqları ziddiyyət təşkil etdiyinə inanır.

“Bir çox Rusiya şirkəti sanksiyalardan əziyyət çəkir, amma elə şirkətlər də var ki, Rusiyanın qlobal iqtisadiyyatdan üz döndərməsindən faydalanır. Məsələn, kənd təsərrüfatı Avropadan idxal olunan ərzaq məhsullarına qarşı tətbiq olunan qadağadan faydalanıb və hətta bu sektorda iqtisadi artım da müşahidə edilib,” deyə Frye bildirib.

Bu, özəl xarici investisiyaya da aiddir.

Bir çox rusiyalı milyarder  London, Nyu-York və Parisdəki daşınmaz əmlaka sərmayə qoyub. Bu səbəblə milyonlarla dollar ölkədən çıxarılıb və xarici ölkələrdəki evlərə sərmayə kimi yatırılıb, əsasən də Nyu-Yorkdakı evlərə. Evlərin əksəriyyəti sahibləri tərəfindən icarəyə verilir və onlar ondan gəlir əldə edir. Bir hesabata əsasən, rusiyalı milyarder Dmitri Rıbolovlev Nyu-Yorkda Central Park-a yaxın bir yerdə yerləşən penthausu 88 milyon dollara alıb. Qonşular isə şikayət edir ki, xarici investorların bu qiymətə ev almaları şəhərlərdəki daşınmaz əmlakların qiymətlərini artırır.

Rusiya höküməti ölkədən çıxan pulların geri gəlməsini istəyir

Beynəlxalq sərmayə üzrə hüquqşünas Ed Mermelstein rusiyalı oliqarxlara Nyu-Yorkda investisiya qoymaq üçün ev axtarmaqda yardım edir. Onun fikrində, insanları pullarını ölkədən çıxarmalarına Putin höküməti məcbur edir. Mermelstein deyir ki, Rusiya höküməti ölkədən çıxan pulların geri gəlməsini istəyir və bir çox halda onlar pulun ölkəni tərk etmə yolundan məmnun olmur.”

Mermelstein onu da əlavə edir ki, artıq yeni pullar Rusiyadan çıxarılmır.

Vladimir Putinin rəy sorğularındakı dəstək rəqəmləri hələ də çox yüksəkdir. Lakin iqtisadiyyatın vəziyyəti belə davam etsə, siyasətçilər də bilir ki, bu cür dəstəyin ömrü qısa olacaq.

“Amerikanın səsi” radiosu

Eyni kateqoriyadan Digər materiallar

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib
Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan Türkmənistana tanker hədiyyə edib
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
bp yeni ikiseqmentli biznes strukturuna keçəcək
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.