Bu saatlarda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən əməliyyatlarının gedişində WTI markalı neftin qiyməti 1 barelə görə 6,18% azalaraq 31,11 dollar təşkil edib.
Londondakı ICE əmtəə birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 5,99% azalaraq Bakı vaxtı ilə saat 23.34-də 31,54 dollar olub.
Bazar iştirakçıları hesab edir ki, neftin kəskin ucuzlaşmasının əsas səbəbi Çin iqtisadiyyatı ilə bağlı son günlər yayılan neqativ məlumatlardır. Bazara həmçinin Çin Fond birjasında yaşanan gərginlik və milli valyutanın dəyərdən düşməsi də öz təsirini göstərir.